Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yüzlərlə tərbiyəsiz yetişdirə biliblər” – Rəsul Quliyevdən müxalifətə sərt sözlər

Azərbaycan parlamentinin keçmiş spikeri Rəsul Quliyev müxalifəti sərt tənqid edib...

PİA.az xəbər verir ki, uzun illərdir ABŞ-da yaşayan R. Quliyev dekabrın 21-də “Azad söz” yutub kanalına müsahibə verdiyini, lakin həmin müsahibəyə çox sayda təhqirlə dolu şərhlərin yazılmasından narahatlığını bildirib:

“Müsahibənin altından heç bir tərbiyə görməmiş, əxlaqdan xəbərləri olmayan insanabənzərlər təhqirlərlə dolu söyüşlər yağdırıblar. 

Bunları təşkil edənlərin başında hansı tərbiyəsiz və səbatsız adamların durduğunu bilirəm. Bu baş qulaqla rejimi dəyişmək, hakimiyyətə gəlmək arzusuna düşənlərin yeri Azərbaycanın ictimai siyasi həyatında yox psixiatr xəstəxanalarındadır”. 

R. Quliyev yutub kanalının rəhbəri Tural Sadıqlını da tənqid edib: “Məndə Azərbaycan xalqının gələcəyi üçün ürəkdən yanan “Tural Sadıqlı ziyalıdır” təsəvvürü bu təhqirləri oxuyandan sonra təəssüf hissi yaratdı. Tural müəllim YouTube qaydaları ilə tanış olubsa, bilməlidir istənilən adamı tənqid etmək, fikirlərini bildirməkdə azadsan, ancaq insan şəxsiyyətini təhqir etmək olmaz əsas şərtlərdən biridir. 

O səviyyəli nadan insanların onun səhifəsində təhqirlərlə məşğul olmasına imkan vermək olmaz və onların yazdıqları təhqirlər səhifədən uzaqlaşdırılmalıdır. Bu yazıların bəziləri ilə tanış olandan sonra bir daha bu özlərini müxalifət adlandıranların ölkənin demokratik inkişafına vurduqları ziyanın maştabının çox böyükdür qənaətinə gəlirsən. 

Bu illər ərzində xalqı ümidsizləşdirən bu insanlar paralel 100-lərlə tərbiyəsiz nadanlar yetişdirə biliblər”.

pia.az


Etiket: Rəsul Quliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Azərbaycan idmançısı Rusiyada dörd qızıl medal qazandı - Foto

Azərbaycan və Ermənistan XİN başçıları açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Ən çox oxunanalar